...

Ötən il 34 dövlət orqanında 365 vakant vəzifənin tutulması üçün daxili müsahibə keçirilib

Cəmiyyət Materials 20 Fevral 2012 11:11 (UTC +04:00)
Ötən il Azərbaycanda 34 dövlət orqanında, o cümlədən məhkəmə orqanlarında 365 vakant vəzifənin tutulması üçün daxili müsahibələr keçirilib.
Ötən il 34 dövlət orqanında 365 vakant vəzifənin tutulması üçün daxili müsahibə keçirilib

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda 34 dövlət orqanında, o cümlədən məhkəmə orqanlarında 365 vakant vəzifənin tutulması üçün daxili müsahibələr keçirilib.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, müsahibələr üzrə qeydiyyatdan keçmiş 374 namizəddən 228 nəfəri iddia etdiyi vəzifələrə uyğun hesab edilib. Hazırda 5 dövlət orqanı üzrə 12 inzibati vəzifə daxili müsahibəyə çıxarılıb.

Komissiya tərəfindən keçirilmiş bütün müsabiqələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş 289 nəfərdən 167-si dövlət orqanlarında analoji vakant vəzifələrə təyin edilib. Bu təyinatlardan 62-si 2011-ci il ərzində həyata keçirilib.

Komissiyanın fəaliyyəti dövründə 143 dövlət orqanında 6872 vakant dövlət qulluğu vəzifəsi üzrə elan edilmiş müsabiqə, ümumi müsahibə və müsahibələrdə 24 375 nəfər iştirak edib.

Müsabiqədə iştirak edənlərdən 6067 nəfəri test imtahanından müvəffəqiyyətlə keçərək müsahibə mərhələsinə buraxılıb. Namizədlərdən 2594-ü vakant vəzifələrə uyğun hesab edilib, 1928 nəfər müvafiq vəzifələrə təyin ediib.

Ümumilikdə ehtiyat kadrlarla birlikdə 2095 nəfər vakant dövlət qulluğu vəzifələrinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti