...

Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə həbs qətimkan tədbiri ilə bağlı dəyişikliklər hazırlanır

Cəmiyyət Materials 2 Mart 2012 15:19 (UTC +04:00)
Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə həbs qətimkan tədbiri ilə bağlı dəyişikliklər hazırlanır.
Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə həbs qətimkan tədbiri ilə bağlı dəyişikliklər hazırlanır

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın Cinayət-Prosessual Məcəlləsinə həbs qətimkan tədbiri ilə bağlı dəyişikliklər hazırlanır.

Azərbaycanın İnsan hüquq və azadlıqları üzrə Avropa Məhkəməsi yanındakı nümayəndəsi Çingiz Əsgərov Trend-ə bildirib ki, Avropa Məhkəməsinin Azərbaycana qarşı qərarlarında hökumətə edilən tövsiyələr nəzərə alınaraq həbs qətimkan tədbiri və onun müddətinin uzadılması ilə bağlı prosessual qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur.

Əsgərov bildirib ki, bununla bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərdən biri həbs müddəti başa çatandan sonra məhkəmənin ilkin iclasına qədər olan müddətdə şəxsin hüquqi statusunun müəyyən edilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, qüvvədə olan cinayət-prossesual qanunvericilikdə şəxsin həmin müddətdəki statusu müəyyən edilmədiyindən onun həbsdə saxlanılması qanuni deyil.

"Bu problem Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında da qeyd olunub. Həmin müddətdə şəxsin həbsdə saxlanılmasını qanuniləşdirmək üçün qanunvericilikdə dəyişikliklər zəruridir", - Əsgərov deyib.

Həbslə bağlı digər problem isə barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin cinayət işinin materialları ilə tanış olma müddətində statusunun müəyyən edilməməsidir.

Əsgərov deyib ki, qüvvədə olan qanunvericiliyə görə, şəxsin cinayət işinin materialları ilə tanışlıq müddəti həbsdə saxlanma müddətinə aid edilmir.

"Bu problemin həll olunması üçün bir neçə təklif var və üzərində işləyirik. Təkliflərdən biri şəxsin həmin müddətdə statusunun məhkəmə qərarı, ya da cinayət təqibini həyata keçirən orqanın qərarı ilə müəyyən edilməsidir. Belə olarsa, şəxsin cinayət işinin materialları ilə tanışlıq müddətində həbsdə saxlanılması qanuni olar", - səlahiyyətli nümayəndə bildirib.

Onun sözlərinə görə, hazırda məcəlləyə dəyişikliklərlə bağlı layihə müzakirə edilir, təkliflər nəzərdən keçirilir.

Əsgərov deyib ki, Avropa Məhkəməsi qərarlarının icrası ilə bağlı ümumi xarakterli tədbirlərin həyata keçirilməsi üçün bir neçə tədbir nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti