...

Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Cəmiyyət Materials 2 Mart 2012 15:05 (UTC +04:00)
Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir M.Əliyev/

Azərbaycanda "Mədəniyyət haqqında" yeni qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin cümə günü keçirilən iclasında komitə sədri Nizami Cəfərov bildirib ki, 1998-ci ildə qəbul olunmuş qanun müasir tələblərə cavab verən formaya salınır.

Cəfərov qeyd edib ki, son zamanlar Azərbaycanın mədəni irsinin dünyada tanıdılması istiqamətində xeyli işlər görülür. Komitə sədri deyib ki, bu təbliğatı daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur.

Cəfərov, həmçinin ölkədə prodüser institutunun inkafının vacibliyini vurğulayıb. "İncəsənət əsəri bazara çıxmalıdır. Ona görə prodüser institutu formalaşmalıdır ki, sənət əsərini bazarda təqdim etsin. Şair, rəssam öz əsərini satmalı deyil", - o deyib.

"Mədəniyyət haqqında" qanun layihəsi dövlətin mədəniyyət siyasətinin əsas prinsiplərini, mədəniyyət fəaliyyətinin təşkilinə dair hüquqi, sosial, iqtisadi əsasları, mədəniyyət işçilərinin statusunu nüəyyən edir, bu sahədə hüquqi baza rolunu oynayır. Qanun 9 fəsil, 46 maddədən ibarətdir.

Xəbər lenti

Xəbər lenti