...

Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri azadlıqdan məhrum edildi

Cəmiyyət Materials 2 Mart 2012 18:55 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri Vahid Gülmalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri azadlıqdan məhrum edildi

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Ağır Cinayətlər Məhkəməsində cümə günü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının rüşvətxorluqda təqsirləndirilən sədri Vahid Gülmalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə oxunan hökmə əsasən, Gülmalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vahid Gülmalıyev 2-ci qrup əlil Fərəcov Talıb Fərəc oğlunun xeyrinə qərar qəbul etmək, yəni onun təkrar müayinədən keçirilib 2-ci qrup əlillik dərəcəsinin təyin olunması üçün 4 oktyabr 2011-ci il tarixdə 500 manat məbləğində pul tələb etmişdi. Fərəcov bir gün sonra 400 manat düzəldə biləcəyini bildirdikdən sonra bu barədə onunla razılaşmışdı.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 oktyabr 2011-ci il tarixdə Gülmalıyev 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Fərəcovdan 400 manat məbləğində rüşvət alarkən cinayət başında yaxalanmışdı.

Xəbər lenti

Xəbər lenti