...

"Azərbaycan - Qafqazlardakı Avropa" filminin təqdimatı keçirilib

Cəmiyyət Materials 7 Mart 2012 20:00 (UTC +04:00)
Bakıda çərşənbə günü Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə və ölkə prezidentinin həyata keçirdiyi dövlət siyasəti və nəticələrinə həsr olunmuş "Azərbaycan - Qafqazlardakı Avropa" adlı sənədli filmin təqdimatı keçirilib.
"Azərbaycan - Qafqazlardakı Avropa" filminin təqdimatı keçirilib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Bakıda çərşənbə günü Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə və ölkə prezidentinin həyata keçirdiyi dövlət siyasəti və nəticələrinə həsr olunmuş "Azərbaycan - Qafqazlardakı Avropa" adlı sənədli filmin təqdimatı keçirilib.

"Bu film Azərbaycanın 20 illik dövlət müstəqilliyi ərzində əldə olunan nailiyyətlər, uğurlar, həyata keçirilən islahatlar nəticəsində ölkəmizin yeniləşməsi, iqtisadiyyatın artması və bütün bunların nəticəsi olaraq insanlarımızın rifahının yaxşılaşması barədədir", - Trend-in məlumatına görə, təqdimat mərasimində Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Film Azərbaycan və Türkiyənin birgə istehsalıdır.

Əhmədovun sözlərinə görə, təbii ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizin son illərdə əldə etdiyi nailiyyətləri, uğurları, yüksəlişi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətlə əlaqləndirir.

"Azərbaycan bu siyasətin reallaşması nəticəsində yeni bir sima əldə edib, yeni bir məmləkətə çevrilib", - o deyib.

Təbdirdə rəsmi şəxslər, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonda film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti