...

Ötən il Səhiyyə Nazirliyinə 1083 şikayət edilib

Cəmiyyət Materials 9 Mart 2012 16:33 (UTC +04:00)
Son bir il ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 8297 müraciət daxil olub.
Ötən il Səhiyyə Nazirliyinə 1083 şikayət edilib

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İ.İsabalayeva/

Son bir il ərzində Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64; 595-40-15; 595-35-39) 8297 müraciət daxil olub.

Trend-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il fevralın 24-dən bu il fevralın 24-dək daxil olmuş 8297 müraciətin 4189-u şikayət olub. Şikayətlərin 1083-ü əsaslı, 3106-sı isə əsassız hesab edilib. Ümumilikdə müraciətlərin 2348-i sorğu xarakterli, 1302-si cari problemlərlə bağlı olub, 458-i aidiyyəti üzrə olmayıb.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti