...

Ukraynadakı azərbaycanlı gənclər 8 martda ana olan qadınları təbrik ediblər (FOTO)

Cəmiyyət Materials 9 Mart 2012 17:52 (UTC +04:00)
Ukraynanın ictimai, sosial-mədəni həyatında fəal iştirak edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Kiyev şəhərindəki Perinatal Mərkəzinə gələrək dünyaya yeni körpələr gətirən xanımları təbrik ediblər.
Ukraynadakı azərbaycanlı gənclər 8 martda ana olan qadınları təbrik ediblər (FOTO)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ukraynanın ictimai, sosial-mədəni həyatında fəal iştirak edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Kiyev şəhərindəki Perinatal Mərkəzinə gələrək dünyaya yeni körpələr gətirən xanımları təbrik ediblər.

Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, "Uşaqlar bizim gələcəyimizdir" devizi ilə Kiyev şəhərindəki doğum evinə gələn Birliyin fəalları dünyaya yeni körpələr gətirən qadinlara tər çiçəklər və hədiyyələr təqdim ediblər.

Döğum evinin kollektivi ilə keçirilən görüşdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin tibb departamentinin rəhbəri Cavid Hüseynzadə, sədr müavini İlhamə Allahverdiyeva və digər gənclər ta qədimdən Azərbaycanda qadın və ana müqəddəsliyinə göstərilən böyük ehtiramdan danışıblar.

Bu nəcib ənənənin həmişə davam etdirildiyini diqqətə çatdıran gənclər belə bir əziz gündə dünyaya uşaq gətirən qadınlara xoş və səmimi arzularını bildiriblər.

Azərbaycanlı gənclərin onları yad etməsini ən böyük bayram töhfəsi kimi dəyərləndirən qadınlar ukraynalı analar adından azərbaycanlı xanımlara bayram təbriklərini çatdırıblar.

Doğum evinin baş həkimi Sergey Osarçuk isə qadınlar bayramında dünyaya körpə gətirən anaları və onların uşaqlarını tər çiçək və hədiyyələrlə qarşıladıqlarına görə Ukrayna Azərbaycanlı Gənclər Birliyinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti