...

Bizim Tarla Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları sevindirdi (FOTO)

Cəmiyyət Materials 10 Mart 2012 12:31 (UTC +04:00)
Daima yenilikləri ilə seçilən "Bizim Tarla" markası bu dəfə xanımların günündə onlara gözlənilmədən sürpriz edib.
Bizim Tarla Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları sevindirdi (FOTO)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Daima yenilikləri ilə seçilən "Bizim Tarla" markası bu dəfə xanımların günündə onlara gözlənilmədən sürpriz edib. Xanımların üzündə sevinc təbəssümü yaratmaq üçün heç bir şərtsiz onlara bayram hədiyyəsi edib. Yerli, təzə və yumşaq olması ilə seçilən "Bizim Tarla" yaşıl noxudları xanımları mətbəxdə sevindirməklə yanaşı, həm də bayramda onları tək buraxmadı.

Trend-in məlumatına görə, 8 mart tarixində yeni açılan daha bir "Bazarstore"da və Park Bulvar ticarət mərkəzində keçirilən sürpriz kampaniyada təzə və yumşaq "Bizim Tarla" yaşıl noxud konservi orada olan bütün xanımlara hədiyyə verildi. Xanımların bir nömrəli seçimi olan "Bizim Tarla" yaşıl noxud konservi daima sürprizləri ilə insanlara təbəssüm bəxş etməyə davam edəcək.

Qeyd edək ki, konservləşdirilmiş yaşıl noxud olduqca xeyirli məhsuldur. O, yüngül və sadə məzə olmaqla yanaşı, müstəqil qarnir kimi şorbalar və salatlar üçün əlavədir. Alimlərin söylədiklərinə əsasən, noxudu insanlar hələ daş dövründə ikən istifadə edirdilər və onun tərkibindəki fitomaddələr mədə-bağırsaq xərçənginin yaranmasından qoruyur. Bununla yanaşı, 100 q noxudda 90 kalori olmaqla xanımların sevimli dietik dostudur.

"Bizim Tarla" yaşıl noxudları Biləsuvarda yerləşən tarlada yetişdirilib, tarladan yığılandan sonra bir saat ərzində tərkibindəki maddələri itirmədən konservləşdirilir və bir aydan sonra rəflərdə alıcılara təqdim olunur.

Xəbər lenti

Xəbər lenti