...

Elşad İsgəndərov: Azərbaycan dövlətinin iqtisadi və siyasi imkanlarının artması ilə gəncliyimiz dünya arenasında öz sözünü deməyə başlayıb

Cəmiyyət Materials 12 Mart 2012 13:32 (UTC +04:00)
Azərbaycan dövlətinin iqtisadi, maliyyə potensilaının genişlənməsi, siyasi imkanlarının artması ilə gəncliyimiz dünya arenasında öz sözünü deməyə başlayıb
Elşad İsgəndərov: Azərbaycan dövlətinin iqtisadi və siyasi imkanlarının artması ilə gəncliyimiz dünya arenasında öz sözünü deməyə başlayıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir E.Mehdiyev/

Azərbaycan dövlətinin iqtisadi, maliyyə potensialının genişlənməsi, siyasi imkanlarının artması ilə gəncliyimiz dünya arenasında öz sözünü deməyə başlayıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov bildirib.

Bu gün minlərlə Azərbaycan gəncinin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyən İsgəndərov bildirib ki, bu, Azərbaycanın dünyada mövqeyini gücləndirir.

"Azərbaycan gəncliyi artıq beynəlxalq təşkilatlarda, beynəlxalq səviyyələrdə öz sözünü, öz səsini ucaltmaqdadır. Son 5 il ərzində elə bir beynəlxalq tribuna yoxdur ki, Azərbaycan gəncliyi orada öz sözünü deməsin, öz mövqeyini bildirməsin. Mədəniyyətlərarası dialoqda Azərbaycan gəncləri çox fəaldır. Bu dialoqu aparmaq üçün birinci növbədə öz mədəni, milli mənəvi köklərinə bağlılıq zəruridir", - o deyib.

Xəbər lenti

Xəbər lenti