Azərbaycan, Bakı, 12 mart / Trend müxbir K.Zərbalıyeva/
Xorvatiya Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar Azneft meydanı, Neftçilər prospekti, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri və onlarla kəsişən digər küçə və yollarda bu gün saat 17:00-dən başlayaraq avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Yol polisi sürücülərə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilməsini və alternativ yollardan istifadə olunmasını tövsiyə edir.
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
