...

Küveyt qadınları hər il kosmetikaya 100 milyon dollar xərcləyirlər

Cəmiyyət Materials 13 Mart 2012 11:54 (UTC +04:00)
Araşdırmalar göstərir ki, Küveyt qadınları hər il kosmetikaya və plastik əməliyyatlara 100 milyon dollara yaxın pul xərcləyirlər.
Küveyt qadınları hər il kosmetikaya 100 milyon dollar xərcləyirlər

Azərbaycan, Bakı, 13 mart / Trend, müxbir A.Tağıyeva /

Araşdırmalar göstərir ki, Küveyt qadınları hər il kosmetikaya və plastik əməliyyatlara 100 milyon dollara yaxın pul xərcləyirlər. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalının saytı məlumat verib.

Telekanalın məlumatına görə, plastik cərrahlara müraciət edən küveytli qadınların sayı ildən-ilə sürətlə artır. Onlar daha çox burunun, dodaqların, üzün və bədənin başqa hissələrinin formasını dəyişdirmək istəyirlər.

Ölkənin kişi əhalisi də onlardan getdikcə daha çox nümunə götürür. Tədqiqatlar göstərir ki, plastik cərrahlara müraciət edən kişiləri daha çox saçların bərpası və burunun formasının dəyişdirilməsi maraqlandırır.

Bu zaman həm qadın, həm də kişi pasiyentlər arasında gənclərin sayı nəzərəçarpacaq dərəcədə artır.

Xəbər lenti

Xəbər lenti