...

San Marino "Eurovision 2012" mahnısının yeni versiyasını təqdim edib

Cəmiyyət Materials 23 Mart 2012 13:15 (UTC +04:00)
San Marino "Eurovision 2012" mahnısının yeni versiyasını təqdim edib.
San Marino "Eurovision 2012" mahnısının yeni versiyasını təqdim edib

Azərbaycan, Bakı, 23 mart /Trend/

San Marino "Eurovision 2012" mahnısının yeni versiyasını təqdim edib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu mahnı artıq "The Social Network Song" ("OH OH-Uh-OH OH") adlanır.

Xatırladaq ki, San Marinonun 57-ci "Eurovision" mahnı müsabiqəsi üçün təqdim etdiyi "Facebook, Uh, Oh, Oh" mahnısı müsabiqə qaydalarına zidd olduğu üçün Avropa Yayımları Birliyi (EBU) tərəfindən qadağan edilib.

Yayımçı televiziya SMTV qarşısında ya Facebook sosial şəbəkəsi ilə bağlı olmayan yeni mahnı sözlərinin hazırlanması, ya da digər bir mahnının təqdim edilməsi tələbi qoyulmuşdu.

May ayında Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsində San Marinonu Valentina Monetta təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti