...

Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlara qar yağacaq

Cəmiyyət Materials 26 Mart 2012 11:52 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində hava şəraiti nisbətən soyuyacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi rayonlara qar yağacaq

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində hava şəraiti nisbətən soyuyacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, martın 27-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşama doğru yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 2-5 dərəcə isti, günün birinci yarısında 11 dərəcəyədək yaxın olacaq. Temperatur günün ikinci yarısından başlayaraq 4 dərəcəyədək aşağı enəcək.

Martın 27-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, atmosfer təzyiqinin xeyli yüksəlməsi, güclü xəzri küləyinin əsməsi, martın 27-28-də iqlim normasından aşağı temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti