Azərbaycan, Bakı, 31 mart / Trend müxbir K.Zərbalıyeva/
Bakı Polisi qadını şantaj edən İran vətəndaşını saxlayıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində yaşayan İran vətəndaşı Shahi Cafarlou Davod qəsəbə sakini Vüsalə Baxşıyeva ilə intim əlaqədə olduğunun görüntülərini internetdə nümayiş etdirəcəyi və barəsində rüsvayedici məlumatları yayacağı hədəsi ilə mənzilini, eləcə də "Hyundai Tucson" markalı avtomaşınını ona verməsini tələb etdiyinə görə tutulub.
Faktala bağlı cinayət işi başlanıb.