...

Bakıda "Eurovision" müsabiqəsinin 60-cı mahnısı qalib olacaq

Cəmiyyət Materials 2 Aprel 2012 14:20 (UTC +04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində birincilik qazanan mahnı yarışmanın 60-cı qalib mahnısı olacaq.
Bakıda "Eurovision" müsabiqəsinin 60-cı mahnısı qalib olacaq

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın paytaxtı Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində birincilik qazanan mahnı yarışmanın 60-cı qalib mahnısı olacaq. Trend bazar ertəsi eurovision.az saytına istinadən məlumat verir ki, müsabiqənin 57-ci dəfə keçirilməsinə baxmayaraq, bu il 60-cı mahnı qalib elan ediləcək.

"Eurovision" mahnı müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker deyib ki, Avropa Yayımları Birliyi (EBU) müsabiqənin 60 illik yubileyini xüsusi şəkildə qeyd etmək istəyir.

"2015-ci ildə müsabiqənin brilyant yubileyi olacaq. EBU 60-cı "Eurovision"u qeyri-adi etmək istəyir", - Bakker bildirib.

Xatırladaq ki, 1969-cu ildə müsabiqədə qeyri-adi hadisə baş vermişdi. Həmin il İspaniya, Böyük Britaniya, Fransa və Niderlandın mahnıları eyni səs - 18 bal qazanmışdı. "Eurovision" mahnı müsabiqəsinin Məşvərət Qrupunun iclasında bu dövlətlərin hər birinin mahnısı qalib elan olunmuşdu.

Məşvərət Qrupu növbəti iclasında belə bir hal baş verəcəyi təqdirdə atılacaq addımı müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti