...

Xaçmazda meşə dolaylarında baş verən yanğın söndürülüb

Cəmiyyət Materials 3 Aprel 2012 10:48 (UTC +04:00)
Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı meşə dolaylarında aprelin 2-dən başlayan yanğın bu gecə söndürülüb.
Xaçmazda meşə dolaylarında baş verən yanğın söndürülüb

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir İ.İsabalayeva/

Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı meşə dolaylarında aprelin 2-dən başlayan yanğın bu gecə söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, yanğına sakinlərin şəxsi pay torpaqlarında meyvə ağaclarının qurumuş budaqlarını yandırması səbəb olub. Küləkli hava şəraiti olduğundan yanğın Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 2, 5 və 7 saylı dolaylarına keçib və meşə fonduna məxsus, ümumilikdə 1 hektar ərazidəki qurumuş budaqlar, quru ot örtüyü və kollar yanıb. Yanğın nəticəsində meşə fonduna ciddi ziyan dəyməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşə və yaşıllıqları qorumağa çağırır.

Xəbər lenti

Xəbər lenti