...

Azərbaycan sərhədçiləri axtarışda olan 274 nəfəri saxlayıblar

Cəmiyyət Materials 3 Aprel 2012 14:46 (UTC +04:00)
Bu ilin fevral-mart aylarında Azərbaycan sərhədçiləri hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 274 nəfəri saxlayıblar.
Azərbaycan sərhədçiləri axtarışda olan 274 nəfəri saxlayıblar

Azərbaycan, Bakı, 3 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bu ilin fevral-mart aylarında Azərbaycan sərhədçiləri hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 274 nəfəri saxlayıblar.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Bu ilin fevral-mart ayları ərzində 65 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 98 nəfər saxlanılıb.
Sərhəd nəzarət məntəqələrində 79 nəfər saxta sənədlə keçməyə cəhd edərkən saxlanılıb.

Sərhəd rejimi qaydalarını yaşıl sərhəddə pozarkən 12 halda 24 nəfər və Xəzər dənizində sahilboyu rejim qaydalarını pozarkən 31 halda 76 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində fevral-mart aylarında 32 kiloqram 821,5 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Hesabat dövründə sərhədçilər 111 halda ümumi dəyəri 1 420 736 manatdan artıq qaçaqmal saxlayıblar.

Xəbər lenti

Xəbər lenti