...

Naxçıvanda orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin vahid elektron bazasına daxil edilib

Cəmiyyət Materials 3 Aprel 2012 17:22 (UTC +04:00)
Bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin orta ümumtəhsil müəssisələri üzrə vahid elektron məlumat bazasına daxil edilib.
Naxçıvanda orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin vahid elektron bazasına daxil edilib

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İsabalayeva/

Bu il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında orta təhsil üzrə məlumatlar Təhsil Nazirliyinin orta ümumtəhsil müəssisələri üzrə vahid elektron məlumat bazasına daxil edilib. Bu barədə çərşənbə axşamı Trend-ə nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, artıq Naxçıvan Muxtar Respublikası üzrə bütün şagirdlər və orta məktəb müəllimləri haqqında Təhsil Nazirliyində məlumatlar var.

2011/2012-ci tədris ili üzrə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkədəki 1 milyon 300 mindən çox şagird, 170 minə yaxın müəllim, texniki işçilərlə birgə məktəblərdə çalışan 200 minə qədər işçi haqqında məlumat var.

2011/2012-ci tədris ili üçün respublikanın ümumtəhsil məktəblərinin kadrları (soyadı, adı və atasının adı, tutduğu vəzifə, əmək kitabçasından bəzi məlumatlar, şəxsiyyət vəsiqəsindəki məlumatlar, ümumi və fənlər üzrə dərs saatı, bitirdiyi ali məktəb və ixtisası, bildiyi xarici dil və s.) və məktəbdə təhsil alan şagirdlər haqqında məlumatlar bazaya daxil edilib.

Məlumatlar mütəmadi olaraq yenilənir.

Xəbər lenti

Xəbər lenti