...

Azərbaycanda ötən ay 2 milyon kvadratmetrə yaxın ərazi minalardan təmizlənib

Cəmiyyət Materials 4 Aprel 2012 10:46 (UTC +04:00)
Bu ilin mart ayı ərzində 1 856 312 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Azərbaycanda ötən ay 2 milyon kvadratmetrə yaxın ərazi minalardan təmizlənib

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir E.Mehdiyev/

Bu ilin mart ayı ərzində 1 856 312 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Bu dövrdə 5299 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir.

Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 187 706 473 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 670 657-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Tovuz, Qazax, Gəncə və Abşeron rayonun Gildağ palçıq vulkanı ərzisində, eyni zamanda Bakı şəhəri Qaradağ rayonunun Güzdək qəsəbəsində davam etdirilir.

Mart ayında 4 mina, PHS hadisəsi qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti