...

Baş Prokurorluq icra nümayəndəsinin korrupsiya faktına görə saxlanılması barədə rəsmi məlumat yayıb

Cəmiyyət Materials 4 Aprel 2012 19:58 (UTC +04:00)
Baş Prokurorluq icra nümayəndəsinin korrupsiya faktına görə saxlanılması barədə rəsmi məlumat yayıb.
Baş Prokurorluq icra nümayəndəsinin korrupsiya faktına görə saxlanılması barədə rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Baş Prokurorluq icra nümayəndəsinin korrupsiya faktına görə saxlanılması barədə rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Hadıyev Arzu Hüseyn oğlunun qəsəbədə yerləşən 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün ondan 1.500 manat məbləğində rüşvət tələb etdiyini bildirib.

İdarənin əməkdaşları tərəfindən 3 aprel 2012-ci tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Arzu Hadıyev həmin şəxsdən 1.300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

Arzu Hadıyevin xidməti otağına keçirilmiş baxış zamanı ayrı-ayrı şəxslərə torpaq sahəsinin ayrılmasına dair qəsəbə nümayəndəliyinin qərarlarından çıxarışlar, həmin torpaq sahələrinin yerləşmə sxemləri, müxtəlif şəxslərin adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışların surətləri, tikililərin texniki pasportları, qeydiyyat kitabçaları aşkar edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Arzu Hadıyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirlir.

Xəbər lenti

Xəbər lenti