...

Azərbaycan turizm üzrə VII Ümumdünya Konqresində iştirak edəcək

Cəmiyyət Materials 9 Aprel 2012 10:47 (UTC +04:00)
Azərbaycan aprelin 11-12-də Andorra Knyazlığının La Massana şəhərində keçiriləcək "Qar və Dağ Turizmi" mövzusunda VII Ümümdünya Konqresində iştirak edəcək.
Azərbaycan turizm üzrə VII Ümumdünya Konqresində iştirak edəcək

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan aprelin 11-12-də Andorra Knyazlığının La Massana şəhərində keçiriləcək "Qar və Dağ Turizmi" mövzusunda VII Ümümdünya Konqresində iştirak edəcək.

Tədbirdə ölkəmizi Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov təmsil edəcək.

İnstitutdan bazar ertəsi Trend-ə verilən məlumata görə, tədbir Ümumdünya Turizm Təşkilatının təşkilatçılığı keçirilir.

İki gün fəaliyyət göstərəcək tədbirdə qar və qış turizminin inkişaf etdirilməsi strategiyaları geniş müzakirə ediləcək. Aprelin 13-də isə xizək kurortunda mədəni tədbirin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Turizm İnstitutu 2011-ci ildən Ümumdünya Turizm Təşkilatına qoşulub.

Xəbər lenti

Xəbər lenti