...

Bu ilin I rübündə DSMF tərəfindən 12 mindən çox sığortaolunan üçün fərdi hesab açılıb

Cəmiyyət Materials 9 Aprel 2012 11:26 (UTC +04:00)
Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 12 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb.
Bu ilin I rübündə DSMF tərəfindən 12 mindən çox sığortaolunan üçün fərdi hesab açılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Dövlət sosial sığorta sistemində fərdi uçotun inkişafı və tətbiqi məqsədi ilə keçirilən tədbirlər nəticəsində cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 12 036 sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi hesab açılıb. 2012-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 978 890 nəfərə catıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 56,1 faizi kişi, 43,9 faizi isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar nisbətən üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 24,7 faizini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 23,5 faiz, 30-40 yaşa kimi sığortaolunanlar 22,4 faiz, 50-60 yaşa kimi sığortaolunanlar 20,3 faiz, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 9,1 faiz təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 1 yanvar tarixindən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Xəbər lenti

Xəbər lenti