...

Bakıda 90 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb olunub

Cəmiyyət Materials 12 Aprel 2012 17:00 (UTC +04:00)
Bakıda bu ilin birinci rübündə 89 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bakıda 90 minə yaxın sürücü inzibati məsuliyyətə cəlb olunub

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin birinci rübündə 89 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, həmin sürücülər barəsində inzibati protokol tərtib olunub.

Avtomobili yüksək sürətlə idarə edən 348, ötmə, manevr qaydalarını pozan 289, yolayrıcını keçmə qaydalarını pozan 5684, 83 avtoxuliqan sürücü barəsində inzibati protokol yazılıb.

Paytaxt küçələrindəki videokameraların köməyi ilə 41 mindən artıq sürücü barəsində inzibati tədbir görülüb.

Hesabat dövründə Bakıda 223 yol qəzasında 49 nəfər ölüb, 247 nəfər xəsarət alıb.

Qəzalardan 83-ü (26 ölüm, 100 xəsarət) sürət həddinin aşılması səbəbindən baş verib.

Birinci rübdə Bakıda 120 piyadanın vurulması hadisəsi baş verib, nəticədə 20 nəfər ölüb, 109 nəfər xəsarət alıb. Piyadanın vurulması halı Bakıda 3 ayda qeydə alınan qəzaların 56,3 faizini təşkil edib.

Bakıda qeydə alınan qəzaların əksəriyyəti sutkanın 18:00-24:00 saatları arasında qeydə alınır. Yol qəzaları daha çox Ziya Bünyadov, Zərifə Əliyeva, Heydər Əliyev, Nobel, Babək, Azadlıq, Qara Qarayev prospektlərində, Aeroport şosesində qeydə alınıb.

Hesabat dövründə paytaxtın küçə və yollarında 80 yeni yol nişanı quraşdırılıb, 422 yol nişanı dəyişdirilib, 4 yeni işıqfor qoyulub. 619 yol nişanının düşməsi, 32-nin standartlara uyğun quraşdırılmadığı müəyyən olunub.

Hesabat dövründə nəqliyyat vasitələrinin oğurlanması və qaçırılması ilə bağlı 46 fakt qeydə alınıb, 36 nəqliyyat vasitəsi tapılıb, 10-nun axtarışı davam etdirilir.

Xəbər lenti

Xəbər lenti