...

Moskvada din xadimi Mehdiyevi öldürməkdə şübhəli bilinən şəxsin xarici görünüşü müəyyən edilib

Cəmiyyət Materials 13 Aprel 2012 16:25 (UTC +04:00)
Polis müsəlman din xadimi Mətin Mehdiyevi öldürməkdə şübhəli bilinən şəxsin ilkin xarici görünüşünü müəyyənləşdirib.
Moskvada din xadimi Mehdiyevi öldürməkdə şübhəli bilinən şəxsin xarici görünüşü müəyyən edilib

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Polis müsəlman din xadimi Mətin Mehdiyevi öldürməkdə şübhəli bilinən şəxsin ilkin xarici görünüşünü müəyyənləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "İnterfaks"a Moskva Cinayət Axtarış İdarəsinin əməkdaşı bildirib.

Ehtimal olunan cinayətkar ölən şəxsin daxil olduğu mağazanın müşahidə kamerasının görüntüsünə düşüb. Şübhəli şəxsin şəkilləri paytaxt polisinin saytında yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti