...

Mozdok-Qazıməmməd qaz kəmərinin partlayış baş vermiş hissəsində təmirə başlanılır

Cəmiyyət Materials 14 Aprel 2012 10:07 (UTC +04:00)
Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərində baş vermiş yanğınla əlaqədar təmir briqadaları artıq hadisə yerinə gəlməyə başlayırlar.
Mozdok-Qazıməmməd qaz kəmərinin partlayış baş vermiş hissəsində təmirə başlanılır

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir I.Isabalayava/

Şamaxı rayonun ərazisində Mozdok-Qazıməmməd magistral qaz kəmərində baş vermiş yanğınla əlaqədar təmir briqadaları artıq hadisə yerinə gəlməyə başlayırlar. Bunu şənbə günü Trend-ə Şamaxı rayon icra başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Qasım Qasımov deyib.

Onun sözlərinə görə, kəmərdə partlayışın baş vermə səbəbi hələ məlum deyil. Hadisə ilə əlaqədar aidiyyatı qurumlara məlumat verilib, baş nazirin müavini Abid Şərifova teleqram göndərilib.

Qasımov hadisə baş verən kimi qazın nəqlinin dayandırıldığını söyləyib. Qazın verilməsinin nə zamandan bərpa ediləcəyi isə müvafiq qurumların qərarından asılı olacaq.

Qeyd edək ki, cümə günü axşam saatlarında Şamaxı rayonun ərazisindən keçən Mozdok-Qazıməmməd magistral qaz kəmərində güclü partlayış baş verib. Partlayış nəticəsində yanğın başlayıb.Hadisə nəticəsində insan tələfatı və xəsarət alan yoxdur.

Mozdok-Qazıməmməd magistral qaz kəməri 1983-cü ildə çəkilib. Onun vasitəsilə təbii qaz Azərbaycandan Rusiyaya ötürülür.

Xəbər lenti

Xəbər lenti