...

Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Cəmiyyət Materials 17 Aprel 2012 12:46 (UTC +04:00)
Azərbaycanda yağmurlu hava şəraiti sabah gündüzədək davam edəcək.
Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda yağmurlu hava şəraiti sabah gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 17-dən 18-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 10-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Aprelin 18-i gündüzdən yağış kəsiləcək, 19-da axşamadək hava əsasən yağmursuz keçəcək.

Mülayim cənub küləyi ayın 19-da gündüz arabir güclənəcək.

Azərbaycanın rayonlarında aprelin 18-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti