...

Diasporla iş üzrə Dövlət Komitəsində Türkiyənin Eskişəhir şəhərinin valisi ilə görüş olub

Cəmiyyət Materials 19 Aprel 2012 17:58 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov aprelin 19-da ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin Eskişəhər şəhərinin valisi Dr. Kadir Koçdemirlə görüşmüşdür.
Diasporla iş üzrə Dövlət Komitəsində Türkiyənin Eskişəhir şəhərinin valisi ilə görüş olub

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov aprelin 19-da ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin Eskişəhər şəhərinin valisi Dr. Kadir Koçdemirlə görüşmüşdür.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə 2013-cü il Türk Dünyası Mədəniyyət paytaxtı hazırlıqları çərçivəsində iki qurum arasında fəaliyyətin perspektivləri ilə bağlı məsələlər ətrafında müzakirələr aparılmış, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan danışılmışdır.

Görüş zamanı Eskişəhərdə Azərbaycan dərnəklərinin fəaliyyəti məsələsinə də toxunulmuş və onların səmərəli fəaliyyət göstərdikləri qeyd olunmuşdur.

Xatırladaq ki, Eskişəhər şəhərinin 2013-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi təklifini 2011-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilən TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının XXIX toplantısında Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Ertoğrul Günay irəli sürmüş və bu təklif yekdilliklə bəyənilmişdir.

Qeyd edək ki, görüşdə Eskişəhər şəhərinin valisi Dr. Kadir Koçdemirlə yanaşı, bölgənin ümumi məclis sədri Ahmet Yapıcı və Türkiyə Cümhurəyyətinin Azərbaycandakı Səfirliyinin ikinci katibi xanım Bahar Doğan da iştirak etmişdir.

Xəbər lenti

Xəbər lenti