...

Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər

Cəmiyyət Materials 23 Aprel 2012 14:18 (UTC +04:00)
Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.
Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İsabalyeva/

Azərbaycanda vahid milli test modelinin tətbiqi fikri gələcəkdə irəli sürülə bilər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, vahid milli test modelinin tətbiqi barədə müəyyən fikir söyləmək üçün əvvəlcə builki buraxılış imtahanlarının nəticələri məlum olmalı və müzakirə edilməlidir.

"Biz bilməliyik ki, orta məktəblərdə vəziyyət necədir. Ondan sonra hansısa yeni model haqqında danışmaq olar", - Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu məsələlər barədə oktyabrda TQDK-nın fəaliyyətinin 20 illiyi münasibəti ilə keçiriləcək böyük beynəlxalq elmi-praktik konfransda müzakirələr aparıla bilər. Həmin tədbirdə gələcək imtahan modelləri təqdim edilə bilər.

Xəbər lenti

Xəbər lenti