...

Yaxın iki gündə Azərbaycanda sabit hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 25 Aprel 2012 11:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 26-27-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yaxın iki gündə Azərbaycanda sabit hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gündə Azərbaycanda sabit hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən çərşənbə günü Trend-ə bildirilib ki, aprelin 26-27-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti