...

Azərbaycanda valideynlərini itirmiş uşaqların təhsil haqları dövlət tərəfindən ödəniləcək

Cəmiyyət Materials 25 Aprel 2012 17:01 (UTC +04:00)
Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.
Azərbaycanda valideynlərini itirmiş uşaqların təhsil haqları dövlət tərəfindən ödəniləcək

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqlar ali və orta ixtisas təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alarkən onların təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisdə (MM) "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi" haqqında qanuna ediləcək müvafiq dəyişikliyə əsasən olacaq.

Dəyişikliklər barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Məlumatı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli verib.

Xəbər lenti

Xəbər lenti