...

Azərbaycan Ombudsmanı İdrak Abbasovu döyənlərin cəzalandırılacağına ümid edir

Cəmiyyət Materials 26 Aprel 2012 10:44 (UTC +04:00)
Ombudsman Elmira Süleymanova "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovu döyənlərin cəzalandırılacağına ümid edir.
Azərbaycan Ombudsmanı İdrak Abbasovu döyənlərin cəzalandırılacağına ümid edir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir M.Əliyev/

Ombudsman Elmira Süleymanova "Ayna" və "Zerkalo" qəzetlərinin əməkdaşı İdrak Abbasovu döyənlərin cəzalandırılacağına ümid edir.

"Bu hadisə baş verəndən dərhal həm baş prokurora, həm daxili işlər nazirinə birbaşa müraciət etmişəm ki, bu məsələ araşdırılsın, günahkar şəxslər cəzalandırılsın", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Süleymanova deyib.

Qeyd edək ki, Ombudsman Elmira Süleymanova Kliniki Tibbi Mərkəzdə İdrak Abbasovla görüşüb.

Süleymanova baş həkimə jurnalistin müalicəsinə xüsusi nəzarət edilməsi barədə tapşırıq verdiyini də qeyd edib.

Onun sözlərinə görə, hər hansı qanun pozuntusu aradan qaldırılan zaman onu həyata keçirən şəxslərə işi necə icra etmək barədə mütləq şəkildə təlim keçilməlidir. Təsadüfi insanlar bununla məşğul olmalı deyillər.

Xəbər lenti

Xəbər lenti