...

Azərbaycanda "Eurovision 2012" ayının hava proqnozu açıqlandı

Cəmiyyət Materials 27 Aprel 2012 16:25 (UTC +04:00)
Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi may ayının hava proqnozu açıqlanıb.
Azərbaycanda "Eurovision 2012" ayının hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Eurovision 2012" mahnı müsabiqəsinin keçiriləcəyi may ayının hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, may ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 17-19 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 11-16 dərəcə isti, gündüzlər 19-24 dərəcə isti olacaq, bəzi yerlərdə 27-31 dərəcəyədək yüksələcək.

Bakı və Abşeron yarımadasında aylıq yağıntının miqdarının iqlim normasına yaxın (18-21 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bəzi yerlərdə 1 dərəcə yüksəkdir. Gündüzlər 21-26, bəzi günlərdə temperatur 28-33 dərəcəyədək yüksələcək. Gecələr 9-14 dərəcə isti proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 68-122 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 43-68 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 mm) gözlənilir.

Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm) olacağı, bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti