...

İsmayıllının millət vəkili növbəti dəfə seçiciləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 4 May 2012 10:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend/

Mayın 3-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti səfərini edib.

İsmayıllı şəhərindəki ofisində sakinlərin qəbulunu keçirən millət vəkili fərdi qaydada sakinləri qəbul edib və onların qaldırdığı məsələləri diqqətlə dinləyib. Sakinlər tərəfindən qaldırılan məsələlər əsasən işlə bağlı olub, bununla yanaşı torpaq sahəsi, əfv məsələsi də qaldırılan məsələlər sırasında yer alıb. Deputat Novruz Aslanov bu məsələlərin həlli üçün əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

Millət vəkilinin müvafiq hökumət strukturları ilə işgüzar əməkdaşlığı sayəsində bir çox məsələlər öz müsbət həllini tapıb və bu günə kimi qaldırılan məsələlərlə bağlı Novruz Aslanov tərəfindən 100-dən çox müvafiq təşkilatlara müraciətlər edilib.

Fərdi məişət və digər sosial məsələlərlə də bağlı millət vəkili tərəfindən sakinlərə müvafiq yardımlar edilib. Bir neçə sakinin müalicə və müayinəsi təmənnasız təşkil edilib. Əlillərə əlil arabası verilib. Ümumiyyətlə, deputat İsmayıllı rayonunun sosial-ictimai həyatındakı məsələlərə həmişə diqqətlə yanaşıb. Hökumət və qeyri-hökumət strukturlarının tədbirlərinə qatılıb, lazımi tösiyələrini verib.

Məlumat üçün bildirək ki, deputat Novruz Aslanov bu günə kimi İsmayıllı rayonuna 24 dəfə səfər edib.

Xəbər lenti

Xəbər lenti