...

Təhsil Nazirliyi özəl ali məktəblərin məzunları barədə elektron bazanın yaradılmasını tamamlayıb

Cəmiyyət Materials 6 May 2012 10:00 (UTC +04:00)
Azərbycan Təhsil Nazirliyi ali təhsil müəssisələrinin məzunları ilə bağlı elektron bazanın yaradılması üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat veriblər
Təhsil Nazirliyi özəl ali məktəblərin məzunları barədə elektron bazanın yaradılmasını tamamlayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir H. Vəliyev/

Azərbycan Təhsil Nazirliyi ali təhsil müəssisələrinin məzunları ilə bağlı elektron bazanın yaradılması üzrə işləri başa çatdırıb. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat veriblər.

Nazirlik son bir il ərzində ali məktəbləri bitirən bütün məzunlarla bağlı informasiya bazasının elektron formata keçirilməsi üzrə işləri başa çatdırıb.

İşlər əsasən özəl ali məktəblər üzrə aparılıb. Dövlət qurumları informasiya bazasına çıxış əldə edəcəklər ki, bu da ali məktəblərin diplom almış məzunlarının işə qəbulu zamanı yoxlama prosedurunu sadələşdirəcək. Ali məktəbin məzununun identifikasiyası diplomun nömrəsi üzrə həyata keçiriləcək.

İnformasiya nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə ötürülüb və məktəblər haqqında bütün informasiyanı yaxın vaxtlarda portal.edu.az təhsil portalında əldə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti