Azərbaycan, Bakı, 7 may / Trend müxbir K.Zərbalıyeva/
Respublika Seysmoloji Xidmət Mərkəzi Zaqatalada baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.
Trend-ə daxil olan məlumatda bildirilir ki, yerli vaxtla saat 09:40-da, Zaqatala rayonundan 17 km cənub-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə, 5,50 maqnitudada qeydə alınıb.
Zəlzələ Zaqatala və Qaxda 7 bal, Şəki, Oğuz, Qazax, Tovuz və digər rayonlarda 2-5 bal arasında hiss olunub.
Tikililərdə dağıntı var. İnsan təlafatı yoxdur.