...

"Azərsun Holdinq"də Şuşanın işğalının 20-ci ildönümü yad edildi (FOTO)

Cəmiyyət Materials 7 May 2012 17:18 (UTC +04:00)
Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar "Azərsun Holdinq" Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birgə "Vətən çağırır" başlıqlı silsilə tədbirlər keçirib.
"Azərsun Holdinq"də Şuşanın işğalının 20-ci ildönümü yad edildi (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar "Azərsun Holdinq" Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birgə "Vətən çağırır" başlıqlı silsilə tədbirlər keçirib.

Trend-in məlumatına görə, may ayının 1-də start verilən aksiya çərçivəsində ilk olaraq Bakı Slavyan Universitetində Hüseynbala Mirələmovun qələmə aldığı, Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı "Güllələnmiş heykəllərin fəryadı" tamaşası nümayiş etdirilib.

Daha sonra aksiya 2 may tarixində 53 saylı orta məktəbdə, 3-6 may tarixlərində isə bölgələrdə davam edib. Teatr aksiya çərçivəsində Gədəbəy, Şəmkir və Qazax rayonlarında tamaşalar nümayiş etdirib.

May ayının 7-də isə "Azərsun Holdinq"də Mədəniyyət Mərkəzində keçirilən anım tədbirində millət vəkilləri, ictimaiyyət nümayəndələri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov və Şuşa sakinləri iştirak edib.

Mayın 8-də "Vətən çağırır" aksiyası Abşeron rayonunda davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti