...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 8 May 2012 16:58 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Gül bayramı ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir K.Zərbalıyeva/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Gül bayramı ilə əlaqədar Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, M.Müşfiq küçəsinin kəsişməsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Həmçinin Füzuli, Bülbül, Rəşid Behbudov, Bakıxanov, İnşaatçılar, Hüseyn Cavid küçə və prospektlərində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

İdarə əhalidən tədbir iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə bu istiqamətlərdə şəxsi nəqliyyat vasitələrinin parklandırılmasının mümkünsüzlüyünü nəzərə alaraq, şəxsı nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələrini xahiş edir.

Xəbər lenti

Xəbər lenti