...

Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev adına mükafat təsis edib

Cəmiyyət Materials 10 May 2012 08:00 (UTC +04:00)
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş Heydər Əliyev adına mükafat təsis edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ÜAK-ın yaydığı məlumatda deyilir.
Ümumrusiya Azərbaycan Konqresi Heydər Əliyev adına mükafat təsis edib

Azərbaycan, Bakı, 10 may /Trend/

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş Heydər Əliyev adına mükafat təsis edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ÜAK-ın yaydığı məlumatda deyilir.

Mükafat hər il Rusiya və Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafı və möhkəmlənməsinə əhəmiyyətli töhfə verən Rusiya Federasiyasının görkəmli ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim ediləcək.

Ümumrusiya Azərbaycan Konqresi 2000-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquq və azadlıqlarının müdafiəsi, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib.

Xəbər lenti

Xəbər lenti