...

Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Cəmiyyət Materials 9 May 2012 17:51 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumatına görə, mərasimi daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov açaraq nazir, general-polkovnik Ramil Usubovun salamını və təbriklərini müharibə veteranlarına çatdırıb, bu tarixi qələbənin qazanılmasında onların böyük fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərindən danışıb.
Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş mərasim keçirilib

Azərbaycan, Bakı, 9 may /Trend/

Daxili İşlər Nazirliyində faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumatına görə, mərasimi daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov açaraq nazir, general-polkovnik Ramil Usubovun salamını və təbriklərini müharibə veteranlarına çatdırıb, bu tarixi qələbənin qazanılmasında onların böyük fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiklərindən danışıb.

Təxminən 700 mindən çox soydaşımızın müharibədə iştirakını, onlardan 130 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsini, 170 mininin isə SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunnmasını deyən nazir müavini həmin illərdə Bakıda 130 adda döyüş sursatın hazırlanmasını, qəhrəman neftçilərimizin, eləcə də bütün xalqımızın ağır əməyini, misilsiz şücaətini xatırladıb.

Yaxın keçmişimizə nəzər salan nazir müavini məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra faşizm üzərində qələbənin təntənəli şəkildə qeyd edildiyini, cəmiyətin ən dəyərli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artırıldığını, 9 May - Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu məmnunluqla vurğulayıb. Ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran nazir müavini DİN rəhbərliyinin bu kateqoriyadan olanların ehtiyacları ilə hər zaman maraqlandığını, onların problemlərinin həllinə yardımçı olmağa çalışdığını, ulu öndərimizin əsasını qoyduğu bu siyasətin davamlı olacağını bildirib.

Sonra tarixi qələbənin qazanılmasında canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Polis general-leytenantı Əsgər Ələkbərov əlamətdar bayram münasibətilə veteranları və ailə üzvlərini bir daha ürəkdən təbrik edib, onlara cansağlığı, uzun ömür arzulayıb, bu tarix yaşıdlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacağını bildirib.

O, Qələbə günü münasibətilə mərasimdə iştirak edən, uzun illər daxili işlər orqanlarında qüsursuz xidmət göstərən, veteranlar şuralarının tərkibində ictimai fəaliyyətlə bilavasitə məşğul olan veteranların mükafatlandırılması ilə bağlı daxili işlər nazirinin əmrini iştirakçıların diqqətinə çatdırıb.

İstefada olan milis polkovniki Müseyib İlyasov Böyük Vətən müharibəsində iştirak etmiş daxili işlər orqanlarının veteranları adından çıxış edərək bu görüşə, eləcə də ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti