...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Serbiyada qeyd edilib

Cəmiyyət Materials 11 May 2012 04:27 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycanın Serbiyadaki səfirliyində tədbir keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Serbiyada qeyd edilib

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycanın Serbiyadaki səfirliyində tədbir keçirilib.

Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Serbiya ictimaiyyətinin və müsəlman icmasının nümayəndələri, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin heykəli ucadılmış Belqraddakı "Taşmaydan parkı"na gələrək, Azərbaycanın görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin heykəli önünə əklil qoymuş və gül-çıçək düzüblər, ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmçinin parkda ucadılmış görkəmli serb yazıçısı Milorad Paviçin heykəli və 1999-cu ildə NATO bombardmanları zamanı parkda həlak olmuş uşaqların xatirəsinə ucadılmış "Biz sadəcə uşaqlar idik" abidəsi iştirakçılar tərəfindən ziyarət edilib, hər iki abidənin onünə gül-çiçək düzülüb.

Sonra tədbir Azərbaycanın Serbiyadakı səfirliyində davam etdirilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən Azərbaycanın Serbiyadakı səfirliyinin müşaviri Qabil Köçərli görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan bəhs etmiş, əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçılarına görkəmli siyasi xadim Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yolundan və fəaliyyətindən, ümummilli liderin Azərbaycanda dövlət quruculuğu prosesində rolundan və xalqımızın qarşısında misilsiz xidmətlərdən bəhs edən film nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti