...

Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ilkin addımlar atılıb

Cəmiyyət Materials 11 May 2012 16:43 (UTC +04:00)
Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ilkin addımlar atılıb. Bunu cümə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.
Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ilkin addımlar atılıb

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda distant təhsilin tətbiqi ilə bağlı ilkin addımlar atılıb. Bunu cümə günü Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib.

Onun sözlərinə görə, artıq BDU-da da bu istiqamətdə ilkin addımlar atılıb. Bu məktəbin qiyabi təhsil alan tələbələri kurs işi və referatlarını kompüter vasitəsilə göndərirlər.

Rektor deyib ki, bu iş sıçrayışla olmasa da, həyata keçirilir.

Millət vəkilinin sözlərinə görə, bu gün dünyada distant təhsil formasına çox üstünlük verilir. İnformasiya kommunikasiya texnologiyalarının inkişafı da distant təhsil formasının tətbiqinin genişləndirilməsinə imkan verir. Buna görə də Azərbaycanda da bu istiqamətdə işlər görülür.

Qeyd edək ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda təhsil almanın dörd forması var. Onlar əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsil formalarıdır.

Distant təhsil müəyyən məsafədən keçirilən təlim sistemidir. Distant təhsil öyrədən və öyrənən arasında əlaqənin telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirildiyi təhsil formasıdır.

Xəbər lenti

Xəbər lenti