...

Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Cəmiyyət Materials 11 May 2012 19:30 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2012/2013-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Azərbaycan, Bakı, 11 may /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komitəsi 2012/2013-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (Universitetinə) Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edir.

TQDK-dan cümə günü Trend-ə verilən məlumata görə, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları "Elektron ərizə"ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2012-ci il 14, 15, 16 may tarixlərində saat 10:00-dan 17:00-dək aparılacaq.

İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Ali məktəb tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək hüququna malik deyillər.

Qeyd edək ki, Rusiya Federasiyası ali məktəblərinə keçiriləcək müsabiqədə iştirak edən abituriyentlər imtahan nəticəsində müvafiq müsabiqə şərtini ödədikləri halda Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun müsabiqəsində iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti