Mayın 12-də Mərkəzi Nəbatat bağında Beynəlxalq Ailə Gününə həsr edilmiş ailəvi istirahət keçirilib.
Trend-in məlumatına görə, Azərbaycanın ən iri apteklər şəbəkəsi "Zəfəran" tədbirin təşəbbüskarı kimi çıxış edib.
Tədbir nəinki "Zəfəran" apteklərinin alıcıları, həm də ailə istirahəti barədə ən yaxşı hekayə müsabiqəsində iştirak edənlər və onun qalibi üçün təşkil edilib. Xatırladaq ki, müsabiqə 5-10 may tarixində keçirilib.
Tədbirə gənc ailələr uşaqları ilə, rəssamlar, peşəkar psixoloq, fotoqraflar, animatorlar və şirkətin nümayəndələri, ümumilikdə 60-dan çox adam yığışıb.
İstirahət proqramında ürək istəyən hər şey olub - otun üstündə yumşaq örtükdə səhər yeməyi, ərzaq ehtiyatları, soyuq içkilər, piyada gəzintilər, oyunlar, yaradıcılıq müsabiqələri və bir çox maraqlı hadisələr.
Kiçik qonaqlar üçün xüsusi əyləncə ilə uşaq meydançası nəzərdə tutulub. Valideynlər mühüm problemlər barədə psixoloqla danışdığı zaman uşaqlar animatorların ciddi nəzarəti altında çəməndə oynayıblar.
İsti hava və bütün tədbirin əla təşkili iştirakçıların əhval-ruhiyyəsini qaldırıb. Ailəvi istirahətin bütün iştirakçılarının ümumi razılığı ilə tədbir çox uğurlu və maraqlı qəbul edilib.
Ailə istirahətinin tam foto hesabatına http://www.facebook.com/zeferanaptek baxmaq olar.
"Zəfəran" apteklər şəbəkəsinin növbəti aksiyası 1 iyun - uşaqların Beynəlxalq müdafiə gününə həsr ediləcək.