...

Deputatın görüşləri davam edir (FOTO)

Cəmiyyət Materials 18 May 2012 09:47 (UTC +04:00)

Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə görüşlərini davam etdirir. Belə görüşlər həm şəhər mərkəzindəki ofisdə, həm də kəndlərdə rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov və yerli strukturların rəhbərləri ilə birgə keçirilir. May ayının 17-də millət vəkili Novruz Aslanov bu məqsədlə növbəti dəfə İsmayıllı rayonuna səfər edib.

Bu dəfə görüş İsmayıllı rayonunun Sumağallı kəndində təşkil olunub. Rayon İcra Hakimiyyəti və onun aparatının iştirakı ilə keçirilən görüşdə kənd sakinlərinin qaldırdığı məsələlər kəndin yolu, içməli su və yeni məktəb binasının inşası ilə bağlı olub. Deputat Novruz Aslanov bu məsələlərin həlli üçün əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

Müvafiq hökumət strukturları ilə işgüzar əməkdaşlıq sayəsində İsmayıllı rayonunda bir çox məsələlər öz müsbət həllini tapıb. Qaldırılan məsələlərlə bağlı Novruz Aslanov tərəfindən müvafiq təşkilatlara müraciətlər edilir. Ümumiyyətlə, deputat İsmayıllı rayonunun sosial-ictimai həyatındakı məsələlərə həmişə diqqətlə yanaşır və problemlərin həllinə çalışır.

Məlumat üçün bildirək ki, bu səfər deputat Novruz Aslanovun İsmayıllı rayonuna 1 il 5 ay ərzində etdiyi 25-ci səfərdir.

Xəbər lenti

Xəbər lenti