...

Bakının orta məktəblərində müəllim işləmək istəyənlərin nəzərinə

Cəmiyyət Materials 21 May 2012 11:44 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2012-2013-cü tədris ili üçün orta məktəblərdə pedaqoji kadrlara olan tələbatı müəyyənləşdirib.
Bakının orta məktəblərində müəllim işləmək istəyənlərin nəzərinə

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2012-2013-cü tədris ili üçün orta məktəblərdə pedaqoji kadrlara olan tələbatı müəyyənləşdirib. İdarənin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhmən Nəbiyev bazar ertəsi Trend-ə bildirib ki, hazırda Bakının orta məktəblərində 282 vakant müəllim yeri var.

Vakant yerlər daha çox Bakının Xəzər, Sabunçu və Qaradağ rayonlarındakı orta məktəblərdədir. Bakının Xəzər rayonundakı orta məktəblərdə 66, Sabunçu rayonundakı orta məktəblərdə 58, Qaradağ rayonundakı orta məktəblərdə 41 vakant yer var.

Bakıda daha çox fiziki tərbiyə (44 yer), ibtidai sinif müəllimi (40 yer), ingilis dili (34 yer), informatika (25 yer), gənclərin çağırışa qədərki hazırlığı (20 yer) fənləri üzrə müəllimlərə ehtiyac duyulur.

Vakant yerlərin siyahısı artıq BŞTİ tərəfindən Təhsil Nazirliyinə təqdim edilib.

Nəbiyev bildirib ki, 2006-ci ildə Bakıdakı orta məktəblərdə yığma saatlar hesabına 1400 nəfər artıq ibtidai sinif müəllimi var idi. Həmin vaxtdan sonra təxminən 100 sinfin azalmasına baxmayaraq, ibtidai sinif müəllimlərinin sayı 200-ə enib. Həmin müəllimlər də hazırda əsasən mərkəzi orta məktəblərdə çalışırlar.

Xəbər lenti

Xəbər lenti