...

"Eurovision-2001"in qalibi “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir (ƏLAVƏ OLUNUB)(FOTO)

Cəmiyyət Materials 25 May 2012 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend, müxbir V.Javoronkova /

"Eurovision-2001" mahnı müsabiqəsinin qalibi Tanel Padar (Estoniya) "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstəyini ifadə edib.

Müğənni cümə günü Bakıda mətbuat konfransı keçirib.

Padar Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasının fəaliyyətini yüksək qiymətləndirib və "Ədalət alovunu yandır" şüarı altında Estoniyada kampaniyanın işini gücləndirəcəyinə hazır olduğunu bildirib. Eyni zamanda, Padar və onu müşayiət edən qrupun üzvləri ABŞ prezidenti, BMT-nin baş katibi, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin deputatlarına ünvanlanmış və Xocalı faciəsini "insanlığa qarşı cinayət kimi tanımağa və günahkarların məsuliyyətə cəlb edilməsi üçün səy göstərməyə" çağıran kampaniyanın petisiyasını imzalayıb.

"Xocalıya ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat-təbliğat kampaniyası 2008-ci il mayın 8-də İƏT gənclər forumunun mədəniyyətlərarası dialoq məsələləri üzrə Baş koordinatoru, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən təsis edilib.

Daha sonra mətbuat nümayəndələrinə Padar bu yaxınlarda Pirşağıda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı düşərgəyə olan səfəri haqqında, orada faciə şahidləri görüşü haqqında məlumat verib. Padar bildirib ki, bu faciəni törədənlər layiqli cəzalarını almayınca, məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca ədalətin bərpa olunmasından söhbət gedə bilməz. "Yaxşı və pis siyasətçilər haqqında danışmaq olar, - amma Xocalıda insanların qətlinə əmr vermiş insanlara müasir Avropada yer yoxdur" , - Padar qeyd edib.

Onun sözlərinə görə, o, Xocalı hadisələri haqqında çoxdan, Estoniyada "Xocalıya ədalət" kampaniyası çərçivəsində konfrans keçiriləndə bilib.

"Lakin bu barədə eşitmək başqa, bu faciəni yaşamış adamlarla görüşmək isə başqadır", - müğənni deyib.

Padar həmçinin Estoniya ilə Azərbaycan arasında gələcək mədəni mübadilənin və iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, o, Estoniyada "Xocalıya ədalət" kampaniyasının təbliğində iştirak edib.

"Mən istəyirəm ki, mənim ölkəmdən olan adamlar bu hadisə barədə bilsinlər. Hərçənd bu emosional baxımdan çox çətindir", - Padar deyib.

Müğənni həmçinin qeyd edib ki, ola bilsin, bu kampaniyanın yayılması üçün o, Estoniya parlamentinə müraciət etsin.

Xəbər lenti

Xəbər lenti