...

Sinoptiklər sabah Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıblar

Cəmiyyət Materials 27 May 2012 16:09 (UTC +04:00)
Sinoptiklər sabah Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıblar.
Sinoptiklər sabah Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıblar

Azərbaycan, Bakı, 27 may /Trend/

Sinoptiklər sabah Azərbaycanda gözlənilən hava şəraitini açıqlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.

Temperatur gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti