...

Populyar TMB TV musiqi telekanalı indi Milli.Az-da!

Cəmiyyət Materials 30 May 2012 10:00 (UTC +04:00)
Day.Az media şirkəti türkdilli dövlətlərin TMB TV (Turkish Music Box Television) musiqi televiziya kanalı ilə eksklüziv əməkdaşlığa başlayır. TMB TV Milli.Az (www.milli.az) informasiya portalında öz efirinin gecə-gündüz yayımına başlayıb.
Populyar TMB TV musiqi telekanalı indi Milli.Az-da!

Day.Az media şirkəti türkdilli dövlətlərin TMB TV (Turkish Music Box Television) musiqi televiziya kanalı ilə eksklüziv əməkdaşlığa başlayır. TMB TV Milli.Az (www.milli.az) informasiya portalında öz efirinin gecə-gündüz yayımına başlayıb.

Bundan sonra dünyanın internetə çıxış olan hər yerindən www.milli.az saytında populyar TMB musiqi kanalına onlayn rejimdə baxmaq mümkün olacaq. TMB TV bu xidməti www.milli.az-a eksklüziv əsasda verir.

TMB TV 2009-cu ilin dekabrında Bişkəkdə keçirilən TÜRKSOY sammiti çərçivəsində Mədəniyyət Nazirləri Şurasının qərarı ilə yaradılıb. TMB 200 milyondan artıq tamaşaçı auditoriyası olan yeganə türkdilli musiqi kanalıdır. O, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Rusiyan, Ukrayna və Baltikyanı ölkələrin kabel operatorları tərəfindən yayımlanır. TMB-nin Bakı nümayəndəliyi 2012-ci ilin yanvarında açılıb.

2010-cu ilin fevralında Day.Az media şirkəti Azərbaycan dilində yeni layihə - "Milli.Az Xəbər portalı"nı açıb. Xəbər portalında işləmək üçün təcrübəli jurnalistlərdən ibarət komanda fəaliyyət göstərir. Layihənin əsas məqsədi xəbərlərin, analitik materialların, aktual müsahibələrin Azərbaycan dilində təqdim edilməsidir.

Xəbər lenti

Xəbər lenti