Azərbaycan, Bakı, 30 may / Trend müxbir K.Zərbalıyeva/
Bakı Yol Polisi orta məktəblərin yerləşdiryi küçə və yolları nəzarətə götürəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, tədris ilinin başa çatması ilə əlaqədar mayın 31-də paytaxt ərazisindəki orta məktəblərdə "Son zəng" tədbirlərinin keçirilməsi ilə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Əhaliyə müraciət edən yol polisi sürücülərdən məktəblərin qarşısında və ətrafında nəqliyyat vasitələrinin parklanmamasını, yolun hərəkət hissəsində avtomobil saxlanmamasını, avtomobilləri yüksək sürətlə idarə etməmələrini xahiş edir.
Əsədov bildirib ki, məktəblərə yaxın ərazilərdə, küçə və yollarda parklandırılan avtomobillər qanunvericiliyin tələbinə uyğun olaraq inzibati qaydada cəzalandırılacaqlar.