...

Arif Hacılı anasının dəfn mərasimində iştirak etmək üçün həbsxanadan buraxılıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 31 May 2012 12:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının anasının dəfn mərasimində iştirak etməsinə icazə verib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Hacılının bununla bağlı müraciətinə baxılıb və onun yas mərasimində iştirak etməsi üçün 7 gün müddətinə cəzaçəkmə müəssisəsindən çıxmasına icazə verilib. Hacılı PX-nin əməkdaşının müşayiəti ilə yas mərasimində iştirak edəcək.

Bildirilib ki, hazırda sənədləşmə aparılır və yaxın saatlarda Hacılı cəza çəkdiyi 16 saylı müəssisədən evə buraxılacaq.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Trend-ə bildirib ki, Hacılı artıq evə buraxılıb.

Qeyd edək ki, dünən Arif Hacılının anası vəfat edib.

Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb, O, məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti